Amerika iqtisadiyyatı III rübdə artım göstərib | Banco.az

Amerika iqtisadiyyatı III rübdə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı ilin üçüncü rübündə 3,2 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul-sentyabr ayları üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarının yekun proqnozlarını açıqlayıb.

Buna müvafiq olaraq, ilin üçüncü rübündə ABŞ-da ÜDM illik 3,2 faiz artım göstərib. Bazarların proqnozu isə iqtisadiyyatın sözügedən dövrdə 2,9 faiz böyüməsi istiqamətində idi.

Xatırladaq ki, ABŞ iqtisadiyyatı bu ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azalmışdı. Ardıcıl iki rübdəki bu daralmalar isə öz növbəsində tənəzzüllə bağlı narahatlıqların artmasına gətirib çıxarmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et