“Amazon” yüzlərlə işçisini ixtisar edəcək | Banco.az

“Amazon” yüzlərlə işçisini ixtisar edəcək

Müəllif: Ayşən İmanova/Banco.az

“Amazon” yüzlərlə işçisini ixtisar edəcək.

Banco.az xəbər verir ki,bununla bağlı şirkət özü açıqlama yayıb.

Belə ki, xərclərin azaldılmasına yönəlmiş ixtisarların son turunda "Amazon Web Services" (AWS) bulud bölməsində yüzlərlə işçini ixtisar edəcəyini bildirib.

Bildirilir ki, satış, marketinq və qlobal xidmətlər departamentlərində də çalışan bir neçə yüz əməkdaş işdən çıxarılacaq.

Xatırladaq ki, 2022-2023-cü illərdə "Amazon", şirkətin demək olar ki, bütün bölmələrində 27 mindən çox iş yeri bağlayaraq tarixində ən böyük ixtisarlara imza atıb. Bu il "Amazon" "Twitch", "Audible", "Buy with Prime", "Prime Video" və "MGM Studios" bölmələrində işçilərin sayı azaldılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son üç ayda şirkətin bazar dəyəri 26% artıb (1,88 trilyon dollara qədər).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et