"Amazon" şirkəti yeni işçi qəbuluna fasilə verib | Banco.az

"Amazon" şirkəti yeni işçi qəbuluna fasilə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” şirkəti korporativ işə qəbul üzrə fasilə verməyə hazırlaşır.

Banco.az xəbər verir ki, son dövrlərdə dəyər itirməsi ilə qlobal bazarların gündəmində olan ABŞ-ın e-ticarət nəhəngi “Amazon” mövcud iqtisadi şərait səbəbindən korporativ vakansiyalar üzrə işçi qəbuluna fasilə verəcək.

“Amazon”un İnsan Təcrübəsi və Texnologiyaları üzrə Baş Vitse-prezidenti Bet Qaletti şirkət işçilərinə yazdığı elektron məktubda iqtisadiyyatdakı qeyri-müəyyənlik və ötən bir neçə ildə işləyən insanların sayına uyğun olaraq korporativ işə qəbulun dayandırılmasına qərar verildiyini bildirib. O, sözügedən qərarın qarşıdakı bir neçə ay ərzində davam edəcəyini, bu minvalda da iqtisadiyyat və biznes dünyasında baş verən yenilikləri izləyəcəklərini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Müəyyən sahələr üzrə isə “mərhələli şəkildə” işə qəbul prosesinin davam etdiriləcəyini söyləyən Qaletti 2023-cü ildə kütləvi işə qəbullara başlayacaqlarını da qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et