"Amazon" FTX birjasının çöküşü ilə bağlı mini serial çəkir | Banco.az

"Amazon" FTX birjasının çöküşü ilə bağlı mini serial çəkir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” Sem Bankmen-Frid və FTX-in çöküşü haqqında 8 seriyalı mini serial üzərində işə başlayıb.

Banco.az xəbər verir ki, bu yaxınlarda “Big Short” və “Moneybal” kitablarının müəllifi Maykl Lyuisin bir müddət əvvəl müflis olmuş kriptovalyuta birjası FTX-in iflası ilə bağlı layihəsinin yayım hüquqları uğrunda aparıcı yayım şirkətləri “Amazon”, “Netflix” və “Apple”ın ciddi yarışda olduğu bildirilib.

İndi isə gözlənilən xəbər “Amazon” şirkətindən gəlib. Belə ki, yayım şirkəti Sem Bankmen-Frid və FTX-in çöküşü haqqında 8 seriyalı mini serial çəkməyə başlayıb. Serialın “Amazon”un “Prime” video axını xidməti vasitəsilə yayımlanması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Serialın çəkilişinə isə 2023-cü ilin yaz aylarında başlanılması planlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et