Amazon, Berkshire Hathaway və JP Morgan Chase birlikdə tibb şirkəti yaradırlar | Banco.az

Amazon, Berkshire Hathaway və JP Morgan Chase birlikdə tibb şirkəti yaradırlar

30 yanvar 2018-ci il tarixində Amazon, Berkshire Hathaway  JP Morgan Chase ABŞ-da öz əməkdaşları üçün tibb xidmətlərinin dəyərini aşağı salmaq və səhiyyənin keyfiyyətini artırmaq məqsədilə birgə tibb şirkətinin yaradılmasını bəyan etmişlər. Anons anına qədər yeni hüquqi strukturun adı hələ ki açıqlanmır.

Şirkətlərin birgə bəyanatında bildirilir ki, yaradılmış birgə qeyri kommersiya təşkilatı əməkdaşlara əlverişli qiymətlərlə yüksək keyfiyyətli tibbi xidməti təmin etmək üçün qabaqcıl texniki həlləri istifadə edəcəkdir.

Məlumatda bildirilir ki, ilkin mərhələdə şirkətin direktorlar şurası “Berkshire Hathaway”in investisiyalar üzrə direktoru Tod Kombs(Tod Combs), “JPMorgan Chase”in idarəetmə direktoru Marvel Salivan Berxtold(Marvelle Sullivan Berchtold) və Amazonun baş vitse preidenti Bet Galettidən(Beth Galetti) ibarət olacaqdır. Digər detallar xüsusilə baş ofisin yerləşdiyi yer və rəhbərlərin adlarının yaxın gələcəkdə açıqlanacağı planlaşdırılır.

2018-ci ilin yanvarın sonuna kimi  Amazon, Berkshire Hathaway və “JP Morgan Chase”in bütün dünya üzrə əməkdaşlarının sayı 900 min nəfərə çatır(Berkshire Hathaway 360 min, JPMorgan Case 240 min, Amazon 400 min). “JPMorgan Chase”in baş direktoru və direktorlar şurasının sədri Ceymi Daymonun(Jamie Dimon) sözlərinə görə bu layihə təkcə şirkətin ABŞ-dakı heyətinə aid deyildir. O sözlərinə əlavə edərək birlikdə misilsiz resursa malik olduqlarını bildirmiş və məqsədlərinin elə bir həllin yaradılmasıdır ki, bu həll öz əməkdaşlarına, onların ailələrinə və mümkündür ki, hətta bütün amerikalılara fayda gətirsin.

Ən sərfəli kredit üçün müraciət et

Hər birinin bu sahədə təcrübəsi olan bu nəhəng korporasiyaların əməkdaşlığı “ictimaiyyətin diqqətini cəlb edəcək” və mövcud səhiyyə sisteminin “qənaətbəxş səviyyədə olmamasını nümayiş etdirəcəkdir”. Hesab edilir ki,  Amazon, Berkshire Hathaway və JP Morgan Chase səhiyyə sisteminin yaxşılaşdırılması cəhdində böyük rol oynayacaqdır.

Şirkətlərin birgə bəyanatında, yaradılmış qrupun səhiyyənin bu mühüm yeni yanaşmasından istifadəsi etməklə özünün birləşmiş imkanlarını və resurslarını tətbiq etməyə ümüd etdiyi vurğulanır.

Qeyd edim ki, 30 yanvar 2018-ci il tarixində birjalarda hər 3 şirkətin səhmlərinin qiymətinin demək olar ki, dəyişilməz olduğu bildirilir. Amazonun səhmlərinin qiyməti 0,2% artaraq 1415,26 dollar, JPMorgan Chasein səhmlərinin qiyməti 0,5% aşağı düşərək 115,60 dollar olduğu halda “Berkshire Hathaway”in səhmləri 0,17% artaraq 215,83 dollar təşkil etmişdir.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et