Almaniyada işgüzar mühit indeksi bu ay da artım göstərib | Banco.az

Almaniyada işgüzar mühit indeksi bu ay da artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işgüzar mühit indeksi 5-ci ayda da bərpasını davam etdirib.

Banco.az xəbər verir ki, enerji böhranı və yüksək inflyasiyaya baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada biznes inamı yaxşılaşmağa davam edir.

IFO Biznes İnamı İndeksi fevral ayında 90,1-dən 91,1-ə yüksəlib. Gözlənti isə 91.2 idi.

IFO Proqnozlar İndeksi 86,4-dən 88,5-ə yüksələrək 88,3-də olan gözləntiləri üstələyib. Cari şərtlər indeksi isə 94,1-dən 93,9-a düşüb.

IFO prezidenti Klemens Fuest iqtisadiyyatın çətin dövründən yavaş-yavaş çıxdığını bildirib.

Xatırladaq ki, ölkədə dünən açıqlanan PMI məlumatları fevral ayında özəl sektorun fəaliyyətinin normallaşdığını göstərdi. Çərşənbə axşamı günü açıqlanan ZEW İqtisadi İnam İndeksi isə 5-ci ayda da yaxşılaşmağa davam edib. Odur ki, bu canlanma iqtisadiyyatla bağlı pessimist gözləntilərin azalmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et