Almaniyada iqtisadi inam indeksi iyundan bəri ən yüksək səviyyəyə çatıb | Banco.az

Almaniyada iqtisadi inam indeksi iyundan bəri ən yüksək səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada iqtisadi inam indeksi yüksəlib.

Banco.az xəbər verir ki, Almaniyada iqtisadi inam inflyasiyanın pik həddə çatdığına dair nikbinliklə iyun ayından bəri qeydə alınan ən yüksək səviyyəyə qalxıb.

ZEW proqnozlar indeksi noyabrda mənfi 59,2-dən mənfi 36,7-yə yüksələrək ekspertlərin mənfi 51 proqnozunu üstələyib.

Cari şərtlər indeksi də mənfi 72.2-dən mənfi 64.5-ə çatıb.

Qeyd edək ki, Almaniya iqtisadiyyatının bu rüb və gələn rübdə təbii qaz qiymətlərinin artması səbəbindən daralması gözlənilir ki, bu da Avrozonanın qış aylarında tənəzzülə sürüklənməsi deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et