Almaniyada idxal pandemiyadan bəri ən kəskin şəkildə azalıb | Banco.az

Almaniyada idxal pandemiyadan bəri ən kəskin şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın idxal göstəricisi pandemiyadan bəri ən kəskin azalmanı qeyd edib.

Banco.az xəbər verir ki, Almaniyanın ixracı və idxalı gözlənildiyindən daha çox azalıb.

Almaniya Statistika İdarəsindən (Destatis) yayılan bəyanata görə, təqvim və mövsüm təsirlərindən kənarlaşdırılmış ixracat göstəricisi mart ayında əvvəlki ayla müqayisədə 5,2 faiz azalıb. Ekspertlər 2,2 faizlik azalma proqnozlaşdırmışdılar.

Ölkədən göndərilən malların ixracı əvvəlki ilin eyni ayına görə isə 5,0 faiz artaraq 129,7 milyard avroya çatıb.

Sözügedən dövrdə idxal göstəricisi aylıq 6,4 faiz azalaraq 113,0 milyard dollara düşüb. Bazarlarda 2,1 faiz azalma gözlənilirdi. İdxalda illik azalma isə 5,5 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et