Almaniya və Fransa enerji sahəsində birgə əməkdaşlıq sazişi imzalayıb | Banco.az

Almaniya və Fransa enerji sahəsində birgə əməkdaşlıq sazişi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya və Fransa enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə imzalayıb.

Banco.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolzun Fransanın baş naziri Elizabet Borne ilə paytaxt Berlində görüşündən sonra Baş nazirlik binasında imza mərasimi keçirilib.

Tərəflərin yaydığı bəyanatda Rusiya-Ukrayna müharibəsinin görünməmiş qlobal enerji böhranına səbəb olduğu vurğulanıb və qaz təchizatında Rusiyadan 40 faiz asılı olan Avropa İttifaqının (Aİ) bu böhran şəraitində daha həssas vəziyyətdə olduğu bildirilib.

Bəyanatda həmçinin Almaniya və Fransanın enerji təchizatı təhlükəsizliyi üçün çalışacaqları, mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılaraq şaxələndiriləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et