Almaniya Aİ-dən "Twitter"in yoxlanılmasını istəyib | Banco.az

Almaniya Aİ-dən "Twitter"in yoxlanılmasını istəyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadiyyat Nazirliyi “Twitter”ə daha sərt qaydalar qoyulması üçün yoxlama tələb edib.

Banco.az xəbər verir ki, alman mediasının İqtisadiyyat Nazirliyinin müşaviri Sven Giegoldun Avropa Komissiyasına yazdığı məktuba istinadən yaydığı xəbərdə “Twitter”dəki yekun qaydaları, qəfil dəyişiklikləri və özbaşına tətbiqləri böyük narahatlıqla izlədikləri bildirilib.

Aİ-nin Rəqabət üzrə Komissarı Marqret Vestager və Daxili Bazar Komissarı Tyeri Bretona göndərilən sözügedən məktubda Aİ-nin “Twitter” üçün "nəzarətçi" və ya "nəzarət modulu" təyin edə bilməsi üçün lazımi araşdırmaların ən qısa zamanda aparılmalı olduğu qeyd olunub.

Qeyd edək ki, Almaniyanın Monopoliya Komissiyasının sədri Yurgen Kühlinq də bir müddət əvvəl yerli mətbuata açıqlamasında İlon Maskın “Twitter” platforması ilə bağlı addımlarından narahatlıq duyduqlarını dilə gətirmişdi. O, demokratiya baxımından böyük əhəmiyyət kəsb edən bu kimi platformaların özbaşına qaydalarla idarə olunmasının doğru olmadığını vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et