"Alibaba" şirkətinin təsisçisi Cek Manın yeni işi bəlli olub | Banco.az

"Alibaba" şirkətinin təsisçisi Cek Manın yeni işi bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtkin düşmüş milyarder Cek Manın yeni işi bəlli olub.

Banco.az xəbər verir ki, Çinin texnologiya nəhəngi “Alibaba”nın təsisçisi Cek Ma 2020-ci ildə hökumətin narazılığına səbəb olduğu üçün qeybə çəkilmişdi. İndi isə məlum olub ki, illərdir harada olması müzakirə edilən milyarder yenidən əvvəlki peşəsinə qayıdıb. Gəlin bir vaxtlar Çinin ən varlı insanı olan Cek Manın yeni həyatı ilə bağlı təfərrüatlarla tanış olaq.

İtkin düşən milyarder Cek Manın Yaponiyanın paytaxtında fəaliyyət göstərən universitetlərdən birində dərs dediyi məlum olub. Tokio Kollecindən verilən açıqlamada Manın yeni vəzifəsində davamlı kənd təsərrüfatı və qida istehsalı ilə bağlı araşdırmalar aparmasının gözlənildiyi bildirilib.

Buna görə, milyarder Tokio Universitetinin nəzdindəki bu kollecdə mühazirələr deyərək "zəngin təcrübəsini və sahibkarlıq, korporativ idarəetmə və innovasiya sahəsində qabaqcıl biliklərini" bölüşəcək.

Təhsil ocağından verilən məlumata görə, Manın qonaq professorluq müddəti mayın 1-i, yəni bu gündən başlayır. Bu o deməkdir ki, 58 yaşlı Cek Ma 2019-cu ilin sentyabrında “Alibaba”dan təqaüdə çıxdıqdan sonra köhnə peşəsinə qayıdıb. Belə ki, milyarder iş adamı “Alibaba”nı təsis etməzdən əvvəl bir neçə il ingilis dilinin tədrisi ilə məşğul olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Ma 2019-cu ilin mayında etdiyi açıqlamada eyni ilin sentyabrında “Alibaba”dan təqaüdə çıxdıqdan sonra müəllimliyə qayıdacağını söyləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et