Aİ-nin qaz istehlakı altı ayda 19,3 faiz azalıb | Banco.az

Aİ-nin qaz istehlakı altı ayda 19,3 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqına üzv ölkələrin təbii qaz istehlakı ilə bağlı ən son məlumatları dərc edib.

Banco.az xəbər verir ki, sözügedən məlumatlara görə, Avropa İttifaqı (Aİ) ölkələrinin ümumi təbii qaz istehlakı 2022-ci ilin avqust-2023-cü ilin yanvar ayı ərzində əvvəlki illərin eyni dövründəki orta göstəricinin təxminən beşdə biri qədər (19,3 faiz) azalıb.

Bundan əlavə, Aİ-yə üzv olan 21 ölkədə təbii qaz istehlakı 15 faizdən çox azalıb.

Təbii qaz istehlakı ən çox azalan Aİ ölkələri 57,3 faizlə Finlandiya, 47,9 faizlə Litva və 40,2 faizlə İsveç olub. İrlandiya, İspaniya və Sloveniyada qaz istehlakında azalma 15 faizlik hədəfə çata bilməyib.

Digər tərəfdən, təbii qaz istehlakı Malta və Slovakiyada artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, enerji böhranı səbəbindən Aİ ölkələri təbii qaz istehlakını 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər əvvəlki 5 ilin orta göstəricisindən 15 faiz azaltmağı hədəfləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et