Aİ "Meta"ya 275 milyon dollar cərimə kəsib | Banco.az

Aİ "Meta"ya 275 milyon dollar cərimə kəsib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti Avropa İttifaqı (Aİ) tərəfindən 275 milyon ABŞ dolları cərimə olunub.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”platformalarının ana şirkəti “Meta”ya keçən il aşkar edilmiş və 500 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarının internetə sızması ilə nəticələnən məlumatların pozulması səbəbindən Avropa İttifaqının (Aİ) məxfilik qaydalarına zidd hərəkət etdiyinə görə 275 milyon dollar cərimə tətbiq edilib.

Qeyd edək ki, ötən ildən bəri İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının “Meta”ya tətbiq etdiyi cərimələrin ümumi məbləği 900 milyon dolları keçib. Sentyabr ayında sözügedən tənzimləyici qurum şirkəti uşaqlar haqqında məlumatlardan sui-istifadə etdiyinə görə təxminən 400 milyon dollar cərimələmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrda isə irlandiyalı rəsmilər “Meta”nı “WhatsApp” mesajlaşma xidməti ilə bağlı pozuntulara görə 225 milyon avro (235 milyon dollar) cərimələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et