Aİ İrana qarşı sanksiyaları genişləndirir | Banco.az

Aİ İrana qarşı sanksiyaları genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları insan haqlarının pozulması səbəbilə genişləndirmək qərarına gəlib.

Banco.az xəbər verir ki, Aİ ölkələri İranın İrşad və Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və Təhsil naziri Yusif Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.

Sanksiyalara siyahıdakı şəxslərin aktivlərinin dondurulması, Aİ ölkələrinə səyahətin qadağan edilməsi və bu şəxs və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

Qeyd edək ki, yekun qərarla İrana qarşı sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et