Aİ iqtisadi artım proqnozunu aşağı salıb | Banco.az

Aİ iqtisadi artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Avrozonanın bu il üzrə iqtisadi artım proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Yay” hesabatı dərc olunub.

“Aşağı inflyasiya və güclü əmək bazarına baxmayaraq artım sürətinin zəifləməsi” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,4 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə isə 1,3 faiz artacağı proqnozlaşdırılıb.

Avropa Komissiyasının əvvəlki “Yaz” hesabatında Aİ-nin bu il 1 faiz, gələn il 1,7 faiz, Avrozonanın isə bu il 1,1 faiz, gələn il isə 1,6 faiz artacağı proqnozlaşdırılırdı.

Bu o deməkdir ki, yeni hesabatda Aİ və Avrozonanın 2023 və 2024-cü illər üçün iqtisadi artım proqnozları aşağıya doğru yenidən nəzərdən keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hesabatda həmçinin Almaniyanın bu il 0,4 faiz daralacağı və gələn il isə 1,1 faiz artım göstərəcəyi, Fransanın da bu il 1 faiz, gələn il isə 1,2 faiz artacağı proqnozları yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et