“AFB Bank”ın müşahidə şurasının sədri dəyişib | Banco.az

“AFB Bank”ın müşahidə şurasının sədri dəyişib

“AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. Bu barədə “Report”a “AFB Bank”ın mətbuat xidmətindən məlumat verilib.

E.Qurbanov 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsini bitirib. O, 1999–2002-cı illərdə “KPMG Azerbaijan” audit şirkətində, 2002–2017-ci illərdə isə "Deloitte" audit şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 2008-2017-ci illərdə "Deloitte"ın MDB üzrə partnyoru olub.

Ən sərfəli kredit üçün müraciət et

Elnur Qurbanov 2003-cü ildən Londonda (Böyük Britaniya) yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, MŞ-nın sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et