Adətən alınıb istifadə edilməyən 8 məhsul | Banco.az

Adətən alınıb istifadə edilməyən 8 məhsul

Tamara Mustafayeva, Banco.az

İnsanların birinci dərəcəli xərcləri yemək, geyim, qonaqlama, istirahət, səhiyyə və nəqliyyat hesab edilir. Bununla yanaşı, əslində bir qədər müəmmalı olan “digər xərclər” kateqoriyası da mövcuddur. Araşdırmalara görə, orta hesabla bir nəfər həqiqətən ehtiyac duymadığı əşyalara illik qazancının yarısını xərcləyir. Bu vəziyyət göstərir ki, həyatı əhəmiyyət daşımayan xərclərdən xilas olsaq, hər hansı bir daşınmaz əmlak növü satın almaq və ya uzun müddət planlaşdırdığımız istirahətə getmək üçün kifayət qədər pul yığa bilərik.

Odur ki, gəlin bir qayda olaraq alıb istifadə etmədiyimiz məhsullarla tanış olaq.

1. Əlavə kosmetik məhsullar

Alıb kosmetika çantasına atacağınız və əslində heç istifadə etməyəcəyiniz, ya da təkcə bir dəfə müraciət edəcəyiniz növbəti məhsulu almazdan əvvəl ikinci dəfə düşünün.

2. Ev heyvanları üçün bahalı oyuncaqlar

Qəribə səslənsə də, adətən oyuncaq nə qədər bahadırsa, ev heyvanının həmin oyuncağa marağı bir o qədər az olacaq. Məsələn, pişiyiniz ehtimal ki, qeyri-adi əşyaya diqqət yetirməyəcək və ya məsafədən idarə olunan siçandan qorxacaq, ancaq adi kağız parçasına və ya şüşə qapağına görə sevinəcəkdir. Odur ki, sevimli ev heyvanınızı xoşbəxt etmək üçün ona bahalı oyuncaqlar almağınıza ehtiyac yoxdur.

3. İdman ləvazimatları

Müntəzəm olaraq idmanla məşğul olmağa qərar vermisiniz, düzdürmü? Elə isə idman zalında qeydiyyatdan keçin, əzminizin və həvəsinizin ötüb keçici olmadığından əmin olun. Çünki əks halda evdə məşğul olmaq üçün bir çox idman ləvazimatı almaq əlavə və lazımsız xərc çəkməyinizə səbəb olacaq.

4. Yaxşı dizayn edilməmiş məhsullar

Hər hansı marketdə ev üçün əşyalar gördüyünüz zaman onları məhz bəyəndiyiniz üçün satın almayın. Çünki evə qayıtdığınızda görəcəksininiz ki, həmin əşyalar üçün uyğun yer yoxdur və əslində bu əşyalar heç də istifadə üçün əlverişli deyil.

5. İstirahət zamanı alınan əşyalar

Ən sərfəli kredit üçün müraciət et

Adətən tətil vaxtı aldığımız əşyaları evdə açdığımız zaman bunlara nə üçün pul verdiyimizi başa düşə bilmirik. Ancaq hər bir halda alış-verişsiz geri qayıdacağınız istirahət düşünmürsünüzsə, getdiyiniz ölkə və ya şəhərdə satın almağa dəyər şeylərlə əlaqədar tövsiyələri oxuyun və həqiqətən almaq istədiklərinizin siyahısını tərtib edin.

6. Yeni hobbi üçün ləvazimatlar

Düzdür, yeni hobbi qazanmaq təqdirəlayiq davranışdır, ancaq yadda saxlamalısınız ki, ani həvəsə qapılıb dükanda gözünüzə xoş görünən hər şeyi almaq lazım deyil. Məsələn, başlanğıcda rəsm çəkmək üçün kağız, qələm və ya sulu boya kifayətdir.

7. Yumşaq, sevimli oyuncaqlar

Evə yumşaq oyuncaqlar almaq bir anlıq sizə cəlbedici görünsə də, əslində heç də məntiqli yanaşma deyil. Çünki adətən aldığınız gündən bir müddət sonra həmin oyuncaqlara qarşı marağınız öləcək və onlar da evin bir küncündə tozla örtülüb unudulmağa məhkum olacaqlar.

Evdə isti atmosfer yaratmaq istəyirsinizsə, bu oyuncaqların əvəzinə bir neçə yumşaq yastıq və adyal ala bilərsiniz.

8. Elektron aksesuarlar

Texnologiyanın sürətli inkişaf dinamikası bu qəbildən olan əşyalara ehtiyacı dəyişkən edir. Odur ki, cəlbediciliyinə qapılmazdan əvvəl bu əşyadan uzun vədədə istifadə edib etməyəcəyinizə dair əmin olmağa çalışın.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et