ABŞ xam neftinin qiyməti bahalaşmaqda davam edir | Banco.az

ABŞ xam neftinin qiyməti bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti həftəni qazancla başa vurmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri əməliyyat həcminin azalması səbəbindən ucuzlaşsa da, Omikron ştammının koronavirusun digər variantlarına nəzərən daha yüngül ötüşdüyünə dair göstəricilərdən sonra həftəni qazancla başa vurmağa hazırlaşır.

Brent markalı neftin fevral fyuçersi London əmtəə birjasında 0,7% dəyər itirirərək bir bareli 76.34 dollara geriləyib.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) cümə axşamı 1,4% bahalaşmaqla günü bir bareli 73.79 dollardan başa vurub. Bu gün isə qeyri-iş günü səbəbindən birajalar bağlı olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et