ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 10 il ərzində 7 dəfədən çox azalıb | Banco.az

ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 10 il ərzində 7 dəfədən çox azalıb

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 10 il ərzində 7 dəfədən çox azalıb.

Banco.az xəbər verir ki, bu qiymətləndirmə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tainin ofisinin mətbuat xidmətinin yaydığı hesabatda yer alıb.

Məlumata görə, ABŞ və Rusiya arasında ticarətin həcmi 2013-cü ildəki 38,2 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara qədər azalıb.

Hesabatda ticarət dövriyyəsinin azalmasına qismən COVID-19 pandemiyası səbəb olduğu vurğulanır. İki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb olan amillər kimi, hesabat müəllifləri “geosiyasi gərginliyi” və Rusiya Federasiyasının “daxili yönümlü sənaye və ticarət” siyasətini, o cümlədən idxalı əvəzləmə proqramlarını da qeyd ediblər. Bundan əlavə, ekspertlərin fikrincə, ticarət dövriyyəsinin azalmasına Rusiyaya qarşı “Amerika sanksiyaları və ixraca nəzarət tədbirləri” səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et