ABŞ "OPEC+" ölkələrini neft hasilatını artırmağa çağırır | Banco.az

ABŞ "OPEC+" ölkələrini neft hasilatını artırmağa çağırır

Ağ Ev OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və onun müttəfiqlərini benzinin bahalaşmasına qarşı çıxmaq üçün neft hasilatını artırmağa çağırır.

Bu barədə CNBC televiziya kanalı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivana istinadən xəbər verir.

Telekanalın verdiyi məlumata görə, bu həftə ABŞ Prezidentinin administrasiyasının nümayəndələri Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ və digər "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinin nümayəndələri ilə danışıqlar aparıblar.

Ağ Ev hesab edir ki, "OPEC+" iştirakçılarının iyul ayındakı gündəlik neft hasilatını avqust ayından 2022-ci ilin sonuna qədər ayda 400 min. barel artırmaqla bağlı razılaşması "qlobal iqtisadi dirçəlişin kritik anında" kifayət etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et