ABŞ istehlakçı inamında gözlənilməz yaxşılaşma müşahidə olunub | Banco.az

ABŞ istehlakçı inamında gözlənilməz yaxşılaşma müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikalıların məşğulluq bazarındakı perspektivlərə və biznes şərtlərinə dair nikbinliyi səbəbindən ölkədə istehlakçı inamı yaxşılaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da Konfrans Şurası Amerika istehlakçılarının tendensiyalarını ölçən İstehlakçı İnam İndeksi ilə bağlı mart ayı məlumatlarını açıqlayıb.

Buna görə, sözügedən indeks əvvəlki aya görə 0,8 bənd artımla 104,2-yə yüksəlib.

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu indeksin 101-ə düşəcəyi istiqamətində idi.

Amerikalı istehlakçıların cari iş və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən cari vəziyyət indeksi isə mart ayında 1,9 bənd azalaraq 151,1-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et