ABŞ-ın texnologiya nəhəngləri gəlirlərini artırdı | Banco.az

ABŞ-ın texnologiya nəhəngləri gəlirlərini artırdı

Tamara Mustafayeva, Banco.az

Amerikanın texnologiya nəhəngləri maliyyə göstəricilərini açıqlamaqda davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Google"un ana şirkəti "Alphabet" və Bill Qeytsin sahib olduğu "Microsoft" ilin III rübündə proqnozlardan çox gəlir ediblər. 

Maliyyə təqvimində iyul-sentyabr aylarını əhatə edən dövrü I rüb qəbul edən "Microsoft" bu müddətdə gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 22% artırmaqla 45.3 milyard dollara çatdırıb. Belə ki, ötən ilin iyul-sentyabr ayları üzrə bu göstərici 37.2 milyard dollar idi. Bununla da, şirkətin gəliri 2018-ci ildən bəri qeydə alınan ən sürətli artım dinamikasına imza atıb.

"Alphabet" isə sözügedən dövrdə 65.1 milyard dollarlıq gəlirlə 63.9 milyard dollar olan proqnozları üstələyib. Şirkət ötən ilin eyni dövründə 46.2 milyard dollar gəlir açıqlamışdı ki, bununla da hazırda 41% artımın qeydə alındığı görünür. "Alphabet" həmçinin bu göstərici ilə ötən 14 ilin ən yüksək rüblük gəlir artımına da nail olub. 

Dünyaca məşhur sosial media platformalarından olan "Twitter" və "Facebook" da həmçinin III rüb üzrə maliyyə göstəricilərini açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Buna görə, "Twitter" şirkətinin ilin iyul-sentyabr aylarını əhatə edən dövründə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 1.28 milyard dollara çatıb. Şirkət 2020-ci ilin III rübündə 936.2 milyon dollar gəlir əldə etmişdi. 

"Facebook"un isə III rübdə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb ki, ötən il şirkət sözügedən dövrdə 21.5 milyard dollar gəlir əldə etmişdi. Bununla belə, şirkətin III rüb üzrə gəlirləri proqnozlardan geridə qalıb. Belə ki, ekspertlər bu göstəricinin 29.6 milyard dollar olacağını düşünürdülər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et