ABŞ-ın istehsal sənayesi ardıcıl altı aydır ki, daralmaqdadır | Banco.az

ABŞ-ın istehsal sənayesi ardıcıl altı aydır ki, daralmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ISM istehsal indeksi aprel ayında proqnozlardan yuxarı nəticə alıb.

Banco.az xəbər verir ki, ABŞ Təchizat İdarəetmə İnstitutu (ISM) istehsal indeksi aprel ayı üzrə istehsal sənayesi indeksini açıqlayıb.

Buna görə, aprel ayında ISM istehsal indeksi əvvəlki aya nəzərən 0,8 bənd yüksələrək 47,1 punkta çatıb.

Xatırladaq ki, ekspertlərin gözləntisi indeksin 46,8 dəyərini alacağı istiqamətində idi. Ardıcıl 6 aydır ki, ölkənin emal sənayesindəki daralmanı göstərən indeks may ayında isə 46,3 punkt idi.

Sözügedən dövrdə emal sənayesinin 5 alt sektorunda artım qeydə alınıbsa, 11 sektorda daralma müşahidə olunub. Artım reallaşan sektorlar çap və əlaqəli fəaliyyətlər, geyim, dəri və əlaqədar məhsullar, neft və kömür məhsulları, metal məmulatları və nəqliyyat avadanlığı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et