ABŞ-ın bankçılıq nəhəngi 3,7 milyard dollar cərimələnib | Banco.az

ABŞ-ın bankçılıq nəhəngi 3,7 milyard dollar cərimələnib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Wells Fargo” 3,7 milyard dollar cərimələnib.

Banco.az xəbər verir ki, İstehlakçıların Maliyyə Müdafiəsi Bürosundan (CFPB) verilən bəyanatda qeyd olunub ki, bank istehlakçılara 2 milyard dollardan çox təzminat verməklə yanaşı, qanun pozuntularına görə 1,7 milyard dollar cərimə ödəyəcək.

Bəyanatda deyilir ki, ABŞ-ın aparıcı banklarından biri olan “Wells Fargo” 16 milyondan çox istehlakçının hesablarına təsir edən qanunsuz fəaliyyəti ilə yanaşı, dəfələrlə kredit ödənişlərini səhv icra edib, evlərə və qanunsuz olaraq müsadirə edilən nəqliyyat vasitələrinə ədalətsiz girov qoyulub, ödənişləri və faizləri səhv hesablayıb və qəfil depozit haqları alıb.

“Wells Fargo” isə açıqlamasında bildirib ki, bank CFPB ilə avtomobil kreditləri, ipoteka və istehlakçı depozit hesabları ilə bağlı bir çoxu bir neçə ildir həllini tapmamış məsələlərin icrası ilə bağlı geniş razılaşma əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et