ABŞ dünyada demokratiyanın inkişafı üçün 690 milyon dollar maliyyə ayıracaq | Banco.az

ABŞ dünyada demokratiyanın inkişafı üçün 690 milyon dollar maliyyə ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden “2-ci Demokratiya Sammiti”ndə çıxış edib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ, Kosta Rika, Hollandiya, Cənubi Koreya və Zambiyanın ev sahibliyi etdiyi və bugün başa çatacaq "2-ci Demokratiya Sammiti"ndə "Qlobal Çağırışlar" mövzusunda çıxış edib.

Demokratik proqramları dəstəkləmək üçün 690 milyon dollar maliyyə ayırdıqlarını açıqlayan Bayden bütün dünyada demokratiyanı inkişaf etdirmək məqsədi ilə qarşıdakı 3 il ərzində 9,5 milyard dollar ayrılması üçün Konqreslə işləməyi planlaşdırdıqlarını bildirib.

Bayden texnologiyanın demokratiyaya təsirlərinə də toxunaraq casus proqramların qadağan edilməsi ilə bağlı bu həftə imzaladığı fərmandan danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et