ABŞ-da şəxsi istehlak proqnozlara uyğun nəticə göstərməyib | Banco.az

ABŞ-da şəxsi istehlak proqnozlara uyğun nəticə göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

May ayında Amerika əhalisinin şəxsi istehlak xərcləri proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi may ayı üzrə şəxsi gəlir və istehlak xərcləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə şəxsi gəlirlər may ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. Ekspertlər 0,3 faiz artım gözləyirdilər. Apreldə amerikalıların şəxsi gəlirlərində artım 0,3 faiz qeydə alınmışdı.

Şəxsi istehlak xərcləri isə may ayında aylıq 0,1 faiz artaraq gözləniləndən az olub. Apreldə 0.6 faiz hesablanan bu göstərici

üçün proqnozlar 0.2 faiz artım idi.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et