ABŞ-da məşğul əhalinin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da məşğul əhalinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq ötən ay proqnozlardan çox artım göstərib. 

Banco.az xəbər verir ki, ABŞ-da məşğul əhalinin sayı ötən ay proqnozlaşdırılandan daha çox artım göstərib ki, bu da FED-in aqressiv faiz artımlarına baxmayaraq, əmək bazarının güclü qaldığına işarədir. 

Əmək Nazirliyinin məlumatına görə, oktyabr ayında kənd təsərrüfatından kənar məşğulluq 261 min nəfər təşkil edib ki, bu da proqnozlardan xeyli çoxdur. Bununla yanaşı, işsizlik səviyyəsi də 3,7 faizə yüksəlib.

İqtisadçılar isə məşğul əhalinin sayında 193 min artım olacağını, işsizlik nisbətinin də 3,6 faiz təşkil edəcəyini gözləyiridlər.

Orta saatlıq əmək haqqı da aylıq 0,4 faiz, illik isə 4,7 faiz artıb. Proqnozlar aylıq 0,3 faiz, illik isə 4,7 faiz artım göstərirdi. Bu da əmək haqqı artımlarının inflyasiyaya təzyiqi davam etdirəcəyinə işarədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et