ABŞ-da mənzil qiymətlərinin artım tempi zəifləyir | Banco.az

ABŞ-da mənzil qiymətlərinin artım tempi zəifləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikada mənzillərin qiyməti cüzi templə artıb.

Banco.az xəbər verir ki,S&P CoreLogic Case-Shiller” Milli Mənzil Qiymətləri İndeksi yanvar ayı üzrə mənzil qiymətləri indeksi məlumatlarını açıqlayıb.

Buna görə, ABŞ-da mənzil qiymətləri indeksi yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artım göstərib.

Mənzil qiymətlərindəki artımın əvvəlki aylara nisbətən yavaşlamağa davam etdiyinə diqqət çəkən indeks keçən ilin dekabr ayında illik 5,6 faiz artmışdı.

Mövsümi təsirlərdən kənarlaşdırılmış mənzil qiymətləri indeksi isə yanvar ayında aylıq 0,2 faiz azalıb.

İndeksdə yer alan 20 şəhər arasında mənzil qiymətlərinin ən çox artdığı şəhərlər; Mayami 13,8 faiz, Tampa 10,5 faiz və Atlanta 8,4 faiz.

Ən sərfəli kredit üçün müraciət et

Eyni dövrdə mənzil qiymətləri San-Fransiskoda 7,6 faiz, Sietldə 5,1 faiz, San-Dieqoda 1,4 faiz və Portlenddə isə 0,5 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et