ABŞ-da itlər üçün ilk aviaşirkət yaradılıb | Banco.az

ABŞ-da itlər üçün ilk aviaşirkət yaradılıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-da itlər üçün hava səyahətini təklif edən dünyada ilk çarter şirkəti fəaliyyətə başlayacaq.

Banco.az xəbər verir ki, məşhur it oyuncaqları istehsalçısı olan Amerikanın “Bark” şirkəti sırf itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulmuş “Bark Air” çarter reyslərinə başlayıb. 

Hələlik "Bark Air" uçuşları yalnız iki istiqamətdə həyata keçirilir: Nyu-Yorkdan Los-Ancelesə və Londona. Bir istiqamətdə gediş haqqı 6000 dollardan 8000 dollara qədərdir, lakin bu pula görə itlər və onların sahibləri premium xidmətdən yararlana biləcəklər.

Kiçik heyvanların kabinədəki daşıyıcılarda, iri heyvanların isə yük anbarında səyahət etdiyi adi uçuşlardan fərqli olaraq, “Bark Air” hər dördayaqlı sərnişini ayrıca oturacaqla təmin edir.

Bundan əlavə, itlər üçün yeməklər, səs-küyü ləğv edən qulaqlıqlar və sakitləşdirici jiletlər verilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Bark Air”in ilk uçuşları may ayında həyata keçiriləcək. Xidmətin eksklüzivliyinə baxmayaraq, bilet qiymətləri sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub, bir çoxları onları həddindən artıq yüksək hesab edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et