ABŞ-da istehlakçı inamı 3 ayın ən aşağı səviyyəsindədir | Banco.az

ABŞ-da istehlakçı inamı 3 ayın ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar və geniş yayılmış inflyasiyanın istehlakçılara təzyiq göstərməsi fonunda istehlakçı inamı gözləntiləri üstələyərək üç aylıq minimuma düşüb.

Banco.az xəbər verir ki, "Conference Board Index" (Konfrans Şurası İndeksi) məlumatlarına görə, Amerikada istehlakçı inamı oktyabr ayında 107,8-dən 102,5-ə düşüb. İqtisadçıların median proqnozu onun 105,9-a düşəcəyini göstərirdi.

İstehlakçıların altı aylıq perspektivini əks etdirən gözlənti ölçüsü 78.1-ə, qrupun cari şərait göstəricisi isə 138,9-a geriləməklə 2021-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı səviyyəyə çatıb.

İnamın azalması ölkədə qiymətlərin həddindən artıq baha olması və FED-in aqressiv faiz artımları səbəbindən ABŞ-ın tənəzzülə sürüklənəyəcəyinə dair artan narahatlıqların istehlakçılara təzyiq göstərməsinin göstəricisi kimi şərh edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et