ABŞ-da işsizlik müraciətləri bir qədər artıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri bir qədər artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı keçən həftə bir qədər artıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, işsizlik müavinəti üçün müraciətlər dekabrın 17-də bitən həftədə 2 min artaraq 216 minə çatıb. Gözlənti 222 min idi.

10 dekabrda sona çatan həftədə davam edən müraciətlər isə 1,67 milyona düşərkən, 4 həftəlik ortalama müraciətlər 221 min 750 ilə bir ayın ən aşağı səviyyəsinə geriləyib.

Qeyd edək ki, işsizlik müavinəti üzrə müraciətlər ölkə iqtisadiyyatının gedişatını göstərən ən əhəmiyyətli barometrlərdən biri kimi qiymətləndirilir və Amerikadakı cari vəziyyət tədarük çatışmazlığı ilə mübarizə aparan şirkətlərin işçiləri işdən çıxarmaq istəmədiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et