ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər tarixi minimuma yaxınlaşıb | Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər tarixi minimuma yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər ötən həftə azalaraq tarixi minimuma yaxınlaşıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, oktyabrın 29-da bitən həftə üzrə müraciətlər 1000 nəfər azalaraq 217 minə düşüb.

Ekspertlərin median proqnozu isə 220 min idi.

4 həftəlik orta müraciətlər 218 min 750-yə düşərkən, 22 oktyabrda bitən həftə ərzində davam edən müraciətlər isə 1,49 milyona yüksəlib.

Qeyd edək ki, işsizlik müavinətləri üzrə müraciətlərin bu səviyyədə olması FED sədri Cerom Pauelin əmək bazarında canlanma iddialarını təsdiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et