ABŞ-da işgüzar aktivlik bu ay da azalıb | Banco.az

ABŞ-da işgüzar aktivlik bu ay da azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işgüzar aktivlik noyabr ayında da azalma göstərib.

Banco.az xəbər verir ki, yüksək faiz dərəcələri tələbi azaltdığından ABŞ-da işgüzar aktivlik 5-ci ayda da azalıb.

Belə ki, “S&P Global” məlumatlarına görə, kompozit PMI (Purchasing Manager's İndex - satınalma idarəçiləri indeksi) indeksi noyabrda 48,2-dən 46,3-ə düşüb.

İstehsal PMI oktyabr ayında 50,4-dən 47,6-ya, yəni 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə, xidmətlər PMI isə 47,8-dən 46,1-ə düşüb. 

Xatırladaq ki, indeksin 50-dən aşağı düşməsi sektorlarda daralma olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et