3 aparıcı bank tənəzzül ehtimalı ilə bağlı tövsiyələrini bölüşüb | Banco.az

3 aparıcı bank tənəzzül ehtimalı ilə bağlı tövsiyələrini bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan”, “Morgan Stanley” və “UBS” analitikləri mümkün tənəzzül ehtimalında istiqrazların səhmlərdən daha məsləhətli olduğunu bildiriblər.

Banco.az xəbər verir ki, Amerika Federal Ehtiyat Sisteminin (FED)faiz dərəcələrini mülayim tendensiya ilə azalda bilməyəcəyinə dair artan ehtimallar aparıcı bankları daha çox istiqraz alışı üzrə investisiya məsləhətləri verməyə vadar edib.

ABŞ-ın bankçılıq nəhəngləri “JPMorgan” və “Morgan Stanley”, eyni zamanda İsveçrənin aparıcı bankı “UBS”nin analitikləri tənəzzül ehtimalı fonunda səhmlərdən daha çox sabit gəlirli qiymətli kağızlara investisiya yatırılmasını doğru hesab etdiklərini açıqlayıblar.

Hər üç bankın analitikləri iqtisadi ləngimə ssenarisində, xüsusilə investisiya dərəcəli istiqrazların səhmləri üstələyəcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, analitiklərin bu düşüncəsini əsaslandıran rəsmi məlumatlar da mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et