2018 – də çəkilən ƏN TƏSİRLİ 5 fotoşəkil | Banco.az

2018 – də çəkilən ƏN TƏSİRLİ 5 fotoşəkil

Almaniya Kansleri Angela Merkel 9 iyun tarixində Kanadanın Kvebek əyalətinin La Malbe şəhərində keçirilən G7 Sammitində ABŞ prezidenti Donald Tramp ilə danışır. (Jesco Denzel/Almaniya Federal Hökuməti/Associated Press agentliyi)

News

Hessah al-Ajaji adlı bir qadın iyun ayının 24 – də qadınların avtomobil idarə etməsinə qarşı dünyadakı sonuncu qadağanın qalxmasından sadəcə bir neçə dəqiqə sonra Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Tahlia Küçəsi boyunca gecə yarısı öz avtomobilini idarə edir. (Nariman El-Mofty/Associated Press agentliyi)

News

Həmçinin oxu: Burger King Səudiyyə Ərəbistanındakı qadın sürücülərə pulsuz hamburger paylayır

Mart ayının 15 – də Fövqəladə hallar heyəti Mayamidə yerləşən Florida Beynəlxalq Universitetinə gedən magistral yolda avtomobillərin toqquşması və bir çox insanın həyatını itirməsi ilə nəticələnən yeni inşa edilmiş piyada körpüsünün dağılmasının ardınca hadisə yerindədir. (Pedro Portal/Miami Herald qəzeti)

Ən sərfəli kredit üçün müraciət et

News

Qara dərililərə qarşı zorakılıq hallarına görə yaradılan “Black lives matters” hərəkatının fəallarından Asa Khalif, 15 aprel tarixində “Starbucks” restoranlarından birində daha öncə iki qara dərilinin mağazaya daxil olub heç nə almadığına görə polis çağıraraq onları həbs etdirən menecerin işdən çıxarılmasını əlindəki meqafondan istifadə edərək tələb edir. Həbs anı video kameraya qeyd edilmiş və həmin video görüntülər sosial şəbəkələrdə tez bir vaxtda böyük marağa səbəb olmuşdu. (Mark Bryant/The Philadelphia Inquirer gündəlik qəzeti)

News

Amerikanın cənub-şərqindəki Tennessi ştatında yerləşən Memfis şəhərində bir qadın küçədə aprel ayının 4 – də, yəni, qətlə yetirilməsinin 50 – ci ildönümündə Martin Lüter Kinq – in posterini daşıyır (Brendan Smialowski/AFP xəbər agentliyi)

News

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et