2018-ci ildə banklarımızın xalis daxili və xalis xarici aktivləri nə qədərdir? | Banco.az

2018-ci ildə banklarımızın xalis daxili və xalis xarici aktivləri nə qədərdir?

Xalis xarici və xalis daxili aktivlər nəyə deyilir?

Xalis xarici aktivlər dedikdə, bankların ölkə hüdudlarından kənarda yaşayan şəxlərlə apardığı aktiv-passiv əməliyyatlar zamanı pul daxil olmaları ilə pul xaric olmalarının fərqi başa düşülür.

Xalis daxili aktivlər isə, kommersiya banklarının ölkə hüdudlarında yaşayan, müəssisə və təşkilatlarla, ev təsərrüftaları ilə apardığı aktiv-passiv əməliyyatlar zamanı pul daxil olmaları ilə pul xaric olmalarının fərqinə deyilir.

2018-ci ilin may ayına Mərkəzi Bankın saytına istinadən banklarımızın xalis daxili aktivləri 7 mlrd 90 mln manat, xalis xarici aktivləri isə 15 mlrd  55 mln manatdır.  Bu ilin yanvar ayından bu yana banklarımızın həm xalis daxili aktivləri , həm də xalis xarici aktivləri azalıb. Belə ki, yanvar ayında xalis xarici aktivlərin həcmi 15 mlrd 595 mln manat, xalis daxili aktivlər isə 7 mlrd 160 mln manat idi. 

Bir il bundan əvvələ nəzər salsaq, 2017-ci ilin may ayında banklarımızın xalis daxili aktivləri 11 mlrd 249 mln manat, xalis xarici aktivləri isə 9 mlrd 607 mln manat olmuşdur. Xalis daxili aktivlərin ən çox olduğu dövr isə 2017-ci ilin fevral ayıdır ki,  bu da 12 mlrd 209 mln manat idi. Sonradan xalis xarici aktivlərin çoxalmasına səbəb Beynəlxalq bankda aparılan sağlamlaşdırma tədbirləri ilə bilavasitə əlaqədə idi.

Ən sərfəli kredit üçün müraciət et

Bəs manatın dövretmə surətində vəziyyət necədir? 

Bildiyimiz kimi, dövretmə surəti nağd və nağdsız pul nişanlarının hərəkətinin intensivliyini xarakterizə edir, düsturu isə aşağıdakı kimidir.

V= PY/M 

Yəni,

Yəni əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikləri ümumi məhsul buraxılışına vurub, dövriyyədə olan pul kütləsinə bölürük.

Azərbaycanda 2018-ci ilin mayında manatın dövretmə surəti 5.58 olmuşdur. Son 5 ayda isə manatın ortalama dövretmə surəti 5.55 olmuşdur

Xəzər Aslanov. banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et