141 milyon insan ifrat yoxsulluqdan əziyyət çəkə bilər | Banco.az

141 milyon insan ifrat yoxsulluqdan əziyyət çəkə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra yaranan enerji böhranı dünyada 141 milyona yaxın insanı ifrat yoxsulluğa sürükləyə bilər.

Banco.az xəbər verir ki, Niderland, İngiltərə, Çin və ABŞ-dan olan tədqiqatçılar “Qlobal enerji qiymətləri böhranının məişət xərclərinə təsiri” adlı yeni məqalə hazırlayıblar. Məqalədə enerji qiymətlərinin artmasının 116 ölkədəki 201 xərc qrupuna birbaşa və dolayı təsirləri araşdırılıb.

Kovid-19 pandemiyasında sonra enerji bazarlarının çətin günlər keçirdiyi bildirilən məqalədə bu vəziyyətin 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ciddi şəkildə pisləşdiyi və qlobal enerji böhranına səbəb olduğu qeyd edilib.

Məqalədə qeyd olunub ki, qlobal enerji qiymətləri davam edən geosiyasi qarşıdurma, pandemiyadan sonra qlobal iqtisadiyyatın sürətli bərpası, qalıq yanacaqlardan davamlı asılılıq və enerji tələbi ilə təklif arasında ciddi uyğunsuzluq kimi müxtəlif faktorlar səbəbindən yüksəlir.

Sözügedən böhranın bəzi iqtisadiyyatları tənəzzülə sürüklədiyi, yüksək inflyasiyaya səbəb olduğu və bütün dünyada məişət xərclərinə əsaslı təzyiqlər göstərdiyi vurğulanaraq bildirilib ki, bu dövrdə ev təsərrüfatlarının ümumi enerji xərcləri 62,6 faiz artaraq 112,9 faiz təşkil edib ki, bu da ev təsərrüfatlarının xərclərinin 2,7 faizdən 4,8 faizədək artmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Məqalədə həmçinin qeyd olunub ki, ev təsərrüfatları qrupları arasında enerji xərclərinin yükü təchizat zəncirinin strukturunda, istehlak modellərində və enerji ehtiyaclarında fərqliliklərə görə dəyişir. Nəticədə dünya üzrə 78 milyondan 141 milyona qədər insanın ifrat yoxsulluq həddinə çatacağı siqnalı verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et