“Amazon” şirkətinin tarixin ikinci 1 trilyonluq şirkəti olması haqqında ötən məqaləmizdə qeyd etmişdik. Bugünki məqaləmizdə isə belə böyük bir uğura imza atan şirkətin bu uğurlara necə nail olduğunu araşdıracağıq.
E-ticarət nəhəngi “Amazon” 1995 – ci ildə kitab satışı ilə məşğul olan internet saytı kimi yaradılmışdı. Şirkət təsis edildikdən sonra 1 ay ərzində 40 ölkəyə kitab göndərməyə başlamışdı. O gündən sonra “Amazon” dünyanın ən böyük e-ticarət şirkətlərindən birinə çevrilmişdir. 2017 – ci ildə ABŞ – dakı e-ticarət satışlarının təqribən 44% - i “Amazon” şirkətinin payına düşürdü. Bəs, şirkət bu qədər uğura necə imza atdı?
1. Yenilik
“Amazon” – un uğurlarının böyük bir qismi innovativ texnologiya və fikirlərlə bağlıdır. Bu innovativ addımların çoxuna şirkətin CEO – su Ceff Bezos təşəbbüs göstərmişdir. Məsələn, “Amazon Echo” səsgücləndirici cihazını düşünün. Bu cihazdan musiqi dinləmək, azarkeşi olduğunuz komanda haqqında araşdırma etmək və hətta hava proqnozunu öyrənmək üçün istifadə edə bilərsiniz. Bu texnoloji yenilik “Amazon” üçün böyük bir yatırım idi və qeyri-adi nəticələrə gətirib çıxardı. Məsələn, təkcə 2017 – ci ildə 22 milyondan çox “Echo” cihazı satışı həyata keçirildi.
Həmçinin oxu: Dünyanın ən yenilikçi 10 şirkəti
2. Müştəri xidməti
Müştəri xidmətlərinin keyfiyyətinə xüsusi əhəmiyyət verən “Amazon” müştərilərin sifarişlərini izləmək və ya sifarişləri rahatlıqla geri qaytarılmasını təmin etmək üçün müxtəlif vasitələr tətbiq etdi. Beləliklə də onlayn alış-veriş təcrübəsinə sadəlik və rahatlıq qazandırmış oldu. Qeyd edək ki, “Amazon” – un müştəri xidmətləri üzrə çalışan işçiləri bir neçə dəfə mükafata layiq görülmüşdür. Şirkətin əsas hədəflərindən biri də dünyanın ən “müştəri mərkəzli” şirkətinə çevrilməkdir.
3. Sürətlilik
“Amazon” müştərilərin tələblərini qarşılayarkən hər bir şeyi düzgün yerinə yetirir. Müştərinin istədiyi və ehtiyac duyduğu məhsul və ya xidmətləri seçir. Eyni zamanda dünyanın müxtəlif yerlərində məhsulların tez bir vaxtda çatdırılmasını təmin edən paylama mərkəzləri təsis edir.
4. Çeşidlilik
Onlayn kitab satışı ilə işə başlayan şirkət hazırda müştərilərinə musiqi, elektronik avadanlıqlar, sağlamlıq və gözəllik vasitələri, meyvə-tərəvəz və geyim məhsulları təqdim edir. Məsələn, “tərəvəz supu” üçün saytda axtarış etdikdə 3 min nəticə təqdim edilir.
Həmçinin oxu: Amazon ikinci kassasız supermarketini açmağa hazırlaşır
5. Müştəri təcrübəsi
Güclü müştəri təcrübəsi e-ticarət müştərilərinin axtardıqlarını tapmasını asanlaşdırır. Bu səbəbdən də “Amazon” istifadəçi araşdırmasından veb sayt təkmilləşdirilməsinə qədər hər sahədə işinin peşəkarı olan insanlardan ibarət müştəri təcrübəsi üzrə komanda ilə işləyir. Bu komanda üzvləri mükəmmək müştəri təcrübəsi yaratmaq üçün “Amazon” mühəndisləri, istehsal rəhbərləri və idarəedicilərlə iş birliyi şəraitində çalışırlar.
6. Dizayn və məzmunu birləşdirmək
Şirkətin dizayn və məzmunu qüsursuz formada birləşdirməsi saytın daha çox ziyarətçi cəlb etməsinə səbəb olur və trafiki artırır.
7. “Əsla yolundan dönmə” prinsipi
“Amazon” – un qazanc əldə etmədiyi bir dövr xatırlayırsınızmı? Ceff Bezos 1997 – ci ildə “Inc. Magazine” - ə verdiyi müsahibədə şirkətin bir müddət qazanc əldə etməyəcəyini açıqlamışdı. Bezosun “əsla yolundan dönmə” prinsipi 2003 – cü ilə qədər şirkətin yeni strategiyalar tətbiq etməsinə səbəb oldu.
“Amazon” – un 2015 – ci ildə illik gəliri 100 milyard dollardan artıq idi. Şirkətin CEO – su Ceff Bezos “Amazon” – un bu vaxta qədərki ən sürətlə böyüyən şirkət olduğunu iddia edir. Bezosun fikrincə şirkətin uğur qazanmasının təməl səbəbləri – uğursuzluqları yeniliklərin əvəzi olaraq görmək, hər gün sanki ilk iş günü kimi çalışmaq, müştərizələrinə özlərinin belə istədiklərini bilmədikləri məhsulları təqdim etmək.
Həmçinin oxu: Amazon-un yaradıçısından 7 faydalı məsləhət
Tamara Mustafayeva, Banco.az