POS Terminal Şəbəkəsinin İnkişafı Bölməsinin Baş mütəxəssisi | Banco.az
Kapital Bank

POS Terminal Şəbəkəsinin İnkişafı Bölməsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri POS Terminal Şəbəkəsinin İnkişafı bölməsinin Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir!

Öhdəliklər

  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması;
  • Mövcud partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Mütəmadi təlim və praktik nümunələrlə satış komandasının bilik və bacarıqlarının artırılması;
  • Hədəf müştəri kütlələrinə xitab etmək üçün spesifik bank məhsullarının yaradılmasında iştirak etmək;
  • Müxtəlif hesabatların hazırlanması;
  • Layihələr çərçivəsində aparılan əməliyyatlara aid müvafiq prosedurların hazırlanması.

Tələblər

  • Ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Vaxtdan səmərəli istifadə bacarığı;
  • Təzyiqədavamlılıq, məsuliyyətlilik;
  • Əla səviyyədə Rus dili biliyi; 
  • MS Office proqramları  üzrə biliklər; 
  • Sahə üzrə 2 illik iş təcrübəsi. 

CV-lərinizi, mövzuhissəsində “POS Terminal Şəbəkəsi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et