Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditləri Təhlil şöbəsində mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditləri Təhlil şöbəsində mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
  • Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
  • Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
  • KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
  • Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
  • Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı;
  • MS Office proqramlarından (xüsusilə, MS Excel) sərbəst istifadə bacarığı;
  • Maliyyə sahəsində müvafiq sertifikatlarının olması arzuolunandır;
  • KOB seqmenti üzrə kreditləşmə, KOB sahəsi üzrə vəzifəyə müvafiq olaraq minimum 3 illik təhlil və ya anderraytinq üzrə iş təcrübəsi.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et