Mütəxəssis | Banco.az
Expressbank

Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vəzifə: Biznesin İnkişafı Departamenti / Birbaşa satışlar və müştəri münasibətlərinin idarə edilməsi şöbəsi / Korporativ müştərilərin cəlb olunması bölməsi / Mütəxəssis

Tələblər:

- Ali iqtisadi təhsil;
- Analojı sahə (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1-2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- Kompyuter proqramları üzrə biliklər;
- Analitik düşüncə;
- Ünsiyyətcillik;
- Komandada işləmək bacarığı;
- İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək;
- İnandırıcılıq qabiliyyəti;
- Dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Bank tərəfindən qoyulmuş yığım planının yerinə yetirilməsi;
- Potensial müştərinin tapılması üzrə işlərin aparılması;
- Yeni korporativ müştərilərin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər   keçirmək, təkliflər hazırlamaq, müştərilərə bank məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Cəlb etdiyi müştərilər üzrə hesabatın aparılması;
- Bankın işgüzar nüfuzunun qorunması;
- Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
- Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
- Satış təqdimatlarının məzmununun satış tipini və ticarət amilini öyrənərək tənzimlənməsi;
- Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;

 E - mail : [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et