Müştərilərlə əlaqələri idarəetmə departamentinə Xidmətlər üzrə məsləhətçi | Banco.az
Bank Respublika

Müştərilərlə əlaqələri idarəetmə departamentinə Xidmətlər üzrə məsləhətçi

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC Müştərilərlə əlaqələri idarəetmə departamentinə “Xidmətlər üzrə məsləhətçi” vakansiyası üzrə namizədləri işə dəvət edir.

Vəzifə üzrə əsas öhdəliklər aşağıdakı kimidir:

1. Müştərilərin qarşılanması və müvafiq xidmətlərin alınması üçün yönləndirilməsi;
2. Filiala daxil olmuş müştəri sorğuları və suallarının cavablandırılması;
3. Bankın bütün məhsul və xidmətləri barədə əsas biliklərin olması və onlarla bağlı informasiyanın verilməsi;
4. Müştəriləri distant kanallardan istifadəyə yönləndirmək və öyrətmək;
5. Gözləmə zamanı müştərilərlə səmimi ünsiyyət, bukletlərin, aktual məlumatların verilməsi;
6. Müştəri rəylərinin toplanması, mini-sorğuların aparılması.

Namizədə minimal tələblər:

- Ali təhsil (universiteti bitirmiş);
- Ünsiyyət qurmaq qabiliyyəti, gülərüz;
- Azərbaycan və rus dili bilikləri – yüksək.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et