Bank Respublika | Banco.az

Bank Respublika

 

Call center
Tel: 144

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahibdirlər. (AZ100200288P Nominal dəyəri: 2.45 AZN yerləşdirilmiş səhmlərin sayı: 15,290,198).

Almaniyanın nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması bir tərəfdən beynəlxalq səviyyədə Banka olan etibarı göstərmiş, digər tərəfdən isə Bankın inkişafı üçün yeni imkanlar yaratmışdır.

Hazırda Bank Respublika müştərilərə müxtəlif növ bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant (uzaqdan göstərilən) bank xidmətləri və sair.

Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.
Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə Bank Respublika üçün 200 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətləri göstərmək üçün Bankın imkanlarını genişləndirmişdir.

Bu maliyyə təşkilatlarından aşağıdakıları qeyd etmək olar: Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) – 52 mln. USD, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) – 25 mln. USD, Standard Bank Plc. (London) - 25 mln. USD, DEG Almaniya İnvestisiya Şirkəti – 20,5 mln. USD, Asiya İnkişaf Bankı – 18 mln. USD,  Beynəlxalq Maliyyə Korporasiyası (IFC) – 10 mln. USD, Commerzbank AG – 10 mln. EUR, Alman-Azərbaycan Fondu – 2 mln. EUR, LBBW - 1 mln. EUR və sair.

Bank Respublika sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edir. Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Bank Respublika-nın daha bir nailiyyəti Moody's Investors Service beynəlxalq reytinq agentliyindən reytinqlər almasıdır. Bank milli və xarici valyutada olan əmanətlər üzrə B2 dərəcəli uzunmüddətli və NP dərəcəli qısamüddətli reytinqlərə malikdir. Bankın B2 reytinqi “pozitiv” proqnozuna malikdir. Bank Respublika Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır və Bankın reytinqləri Azərbaycanın özəl bank sektorunda ən yüksək reytinqlərdəndir.
Bank Respublika qiymətli kağızlar bazarında hazırda aktiv fəaliyyət göstərən və Bakı Fond Birjasının səhmdarı olan “Respublika İnvest” MMC-nin təsisçisi və “Bakı Sığorta” şirkətinin əsas səhmdarıdır.

Bankın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda aktiv iştirakı təşkil edir. Bank Respublika Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının, Amerika Ticarət Palatasının (AmCham), Alman-Azərbaycan İqtisadi Yardım İttifaqının (DAWF) üzvüdür.

Bank Respublika eləcə də MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bank həmçinin Western Union, Coinstar, Contact, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money, Allür, Migom, Lider və Zolotaya Korona təcili pul köçürmə sistemlərinə qoşulubdur. Bank Respublika müxtəlif yerli və xarici banklarla da müxbir əlaqələri yaradıb.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. Bank Respublika hazırda Bakı, Sumqayıt, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Xaçmaz, İmişli, Şirvan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 34 filial və şöbə, 52 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.

Bank Respublika Ofis24 layihəsi çərçivəsində Azərbaycanda fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərən ilk bankdır və bu müştərilərə olan xüsusi diqqət və qayğının göstəricisidir.

Uğurlu fəaliyyətinin nəticəsi kimi Bank Respublika-nın maliyyə göstəricilərinin də dinamik artımını qeyd etmək olar. 1 yanvar 2014-cü il tarixinə Bank Respublika-nın məcmu kapitalı 63.4 mln. manatı (80,0 mln. ABŞ dollarını), ümumi aktivləri isə 481.5 mln. manatı (610.0 mln. ABŞ dollarını) keçmişdir.
Beləliklə, Bank Respublika Azərbaycanda aparıcı banklardan biri olmaqla bank sektorunda öz mövqelərini daha da möhkəmləndirir.

Daha çox
Ünvan Bakı şəh., AZ1000, Xəqani küç. 21
Telefon (012) 598 08 00/80
Filialı 27
Bankomatlar 58
Sayt www.bankrespublika.az
E-poçt Info@bankrespublika.az
CEO Elçin Quliyev
Rekvizitlər

Bankın adı: Bank Respublika

VÖEN: 9900001901

SWIFT: BRESAZ22

AZN ilə ödənişlər üçün:

Bank Respublika ASC
Kod: 505668 VOEN: 9900001901
SWIFT: BRESAZ22

USD ilə ödənişlər üçün:

Deutsche Bank Trust Company Americas
New York, USA
SWIFT: BKTRUS33

EUR ilə ödənişlər üçün:

CommerzBank AG Franfurt / Main / Germany
SWIFT: COBADEFF

RUB ilə ödənişlər üçün:

OAO ПРОМСВЯЗЬБАНК,
В ОПЕРУ МОСКОВСКОГО ГТУ БАНКА РОССИИ                                                                   

К/С: 30101810400000000555
БИК: 044525555 / ИНН: 7744000912

GBP ilə ödənişlər üçün:

Deutsche Bank AG
London, UK
SWIFT: DEUTGB2L

JPY ilə ödənişlər üçün:

SUMITOMO MITSUI BANKING CORPORATION
TOKYO, JAPAN
SWIFT: SMBCJPJT

Müəllif: Samir Abdullayev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç