Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis | Banco.az
Rabitəbank

Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

"RabitəbankASC Mikro və riteyl kreditləri departamentinin Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir!

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan "Rabitəbank" ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifələri:

·         Yeni məhsul və kampaniyaların yaradılması;

·         Məhsullar uzrə bazarın və rəqiblərin təhlili, təhlillər əsasında yeni təkliflərin hazırlanması;

·          Retail məhsullarına dair bankın kommunikasiya kanalları üçün kontentin hazırlanması (website, broşur və sair);

·         Marketinqlə yeni məhsullara dair media kontentin yaradılmasının təqib edilməsi;

·         Kampaniyaların nəticilərinə dair ön ofisdən rəylərin yığılması.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə qarşı tələblər:

·         Bankda iş təcrübəsi arzu olunandır;

·         Yüksək kreativlik;

·         MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmə bacarığı;

·         Yüksək kommunikasiya qurma bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində  Məhsulların yaradılması və inkişafı üzrə Baş mütəxəssis (Mikro və riteyl) yazmağınız xahiş olunur.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et