Hesabatvermə Üzre İşçi / Analitik | Banco.az
FINCA Azerbaijan

Hesabatvermə Üzre İşçi / Analitik

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün HESABATVERMƏ ÜZRƏ İŞÇİ/ ANALİTİK vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Məqsəd:
HÜİ/Analitik portfel inkişafına dair təhlillər aparmaq və hesabatlar verməyə məsuldur. O, BƏM-ə əməliyyat hesabatları, planları, təklifləri və s.-ə dair məlumatların təqdim olunmasında öz dəstəyini göstərir. O, əməliyyat, MİS və Maliyyə komandası ilə sıx əməkdaşlıq çərçivəsində yeni portfel hesabatlarının yaradılmasına, mövcud hesabatların isə nəzərdən keçirilməsinə təşəbbüs göstərir. HÜİ/A həmçinin portfel üzrə istiqamətləri təhlil edir və BƏM-in diqqətini məlumatın təhlil olunması nəticəsində meydana çıxan əməliyyat məsələlərinə yönəldir. O, daxili və xarici tərəfdaşlar üçün əməliyyat hesabatları, planları və təhlillərinin hazırlanmasında məsuliyyət daşıyır.

Əsas Funksiyaları:

  • Portfel üzrə hesabatları istifadəçilər üçün daha rahat etməkdə mövcud hesabatların tərtibatında dəyişikliklər edir və yeni hesabatlar təqdim edir;
  • Xarici tərəfdaşlar üçün əməliyyat hesabatları hazırlayır;
  • Bazar, yeni məhsullar, müştəri yönümlü statistika, riskli portfel və s.-ə dair istiqamətlər üzrə hesabat verir. BƏM-ə analitik hesabatlar təqdim edir.

Tələb olunan keyfiyyətlər:

  • İqtisadiyyat, Riyaziyyat və İdarəetmə sahəsində ali təhsil;
  • Banklarda və/ya Mikromaliyyə İnstitutlarında kiçik və ya orta idarəetmə vəzifələrində iş təcrübəsi;
  • Mikromaliyyə sahəsində biliyi olanlara üstünlük verilir;
  • Mükəmməl analitik bacarıqlar;
  • Mükəmməl hesabatvermə bacarıqları;
  • Yüksək təqdimat bacarığı;
  • Yüksək təşkilati bacarıqlar;
  • Peşəkar kompüter istifadəçisi; xüsusilə peşəkar MS Excel və MS Power Point istifadəçisi;
  • Mükəmməl şəxsiyyətlərarası ünsiyyət bacarıqları;
  • Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
  • Mükəmməl Azərbaycan və İngilis dili bilikləri, Rus dilini bilənlərə üstünlük verilir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 06 may 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№246/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et