FINCA Azerbaijan | Banco.az

FINCA Azerbaijan

 

Call center
012 596 33 84

“FINCA International”ın əsası (Foundation for International Community Assistance) 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən “FINCA Azerbaijan” bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. “FINCA Azerbaijan”  “FINCA Impact Finance” Şəbəkəsinin bir qoludur.“FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir.  Şəbəkənin əsas iştirakçısı aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və  qeyri-kommersiya qurumu  “FINCA International”dır

“FINCA Azerbaijan” 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək müştərilərə Azərbaycanın əksər bölgələrində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir.

1998
“FINCA Azerbaijan” təşkilatı kiçik sahibkarlar üçün maliyyə vəsaitlərindən məsuliyyətli istifadə imkanları təmin etmək və bu şəxslərin biznes fəaliyyətlərini dəstəkləmək və iqtisadi artıma təkan vermək məqsədi ilə yaradılır.

2000
Azərbaycan Respublikasının Mərkəzi Bankı “FINCA Azerbaijan” təşkilatını Azərbaycan ərazisində müştərilərə mikro kreditlər verən bank olmayan kredit təşkilatı kimi qeydiyyata alır və lisenziya təqdim edir.

2013
“FINCA Azerbaijan” böyüyərək, Azərbaycanın hüdudları daxilində fəaliyyət göstərən 65 filialı ilə 150000-dən çox fəal müştəriyə xidmət göstərməklə ölkənin aparıcı bank olmayan kredit təşkilatı mövqeyini əldə edir.

2016
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “FINCA Azerbaijan” təşkilatını “Müştəri sadiqliyinin formalaşdırılması və saxlanması” nominasiyasında ən yaxşı təşkilat olaraq mükafatlandırır.

2017
“FINCA International” “FINCA Impact Finance” təşkilatının əsasını qoyur, 20 bank və mikromaliyyə institutundan ibarət olan bu şəbəkə 5 qitədə rəsmi olaraq fəaliyyət göstərir. “FINCA Impact Finance” kommersiya təşkilatı olsa da, sosial yönümlü fəaliyyət göstərən bir qurumdur. “FINCA Impact Finance” təşkilatı maliyyə nəticələri ilə yanaşı, müsbət sosial təsirlərin formalaşmasını da təmin edir.

Daha çox
Ünvan Cəfər Cabbarlı küç., 44, Caspian Plaza Bakı, Azərbaycan, AZ 1065
Telefon (012) 596 33 84, (055) 455 25 25 (WhatsApp)
Filialı 14
Sayt www.finca.az
E-poçt [email protected]
CEO Timoti Tarrant
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et