Əməliyyat Meneceri | Banco.az
FINCA Azerbaijan

Əməliyyat Meneceri

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün ƏMƏLİYYAT MENECERİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Məqsəd:
Əməliyyat Meneceri Baş Əməliyyat Menecerinə gündəlik kreditvermə əməliyyatlarının idarə olunmasında dəstək verir. Onun əsas vəzifəsi kreditvermə fəaliyyəti ilə birbaşa əlaqəli olmasa da əməliyyatları təkmilləşdirmək üçün layihə və təşəbbüslərə rəhbərlik etməkdir.

Əsas Funksiyaları:
Müştəri xidmətlərinin təkmilləşdirilməsi, yeni məhsulların təqdimatı, əməliyyat sahəsindəki təlimlər, müştərilərin məhsullar barədə məlumatlandırılması və s. bu kimi kreditvermə fəaliyyəti ilə birbaşa əlaqəli olmayan təşəbbüslərin irəli sürülməsi və idarə olunmasına cavabdehdir. O, əməliyyat departamenti daxilində müxtəlif layihələri planlaşdırmaq, işə salmaq, əlaqələndirmək və onlar barədə hesabat verməkdə məsuldur.

Tələb olunan keyfiyyətlər:

  • İqtisadiyyat və İdarəetmə sahəsində ali təhsil;
  • Banklarda və/ya Mikromaliyyə İnstitutlarında orta və ya yüksək idarəetmə vəzifələrində iş təcrübəsi;
  • Mikromaliyyə sahəsində biliyi olanlara üstünlük verilir;
  • Layihələrin idarəolunması üzrə güclü bacarıqlar;
  • Təlimçilik bacarığı, təlimçilik təcrübəsi olanlara üstünlük verilir;
  • Mükəmməl analitik bacarıqlar;
  • Mükəmməl hesabatvermə bacarıqları;
  • Yüksək təqdimat bacarığı;
  • Yüksək təşkilati/ planlaşdırma bacarığı;
  • Peşəkar kompüter istifadəçisi;
  • Mükəmməl şəxsiyyətlərarası ünsiyyət bacarıqları;
  • Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
  • Mükəmməl Azərbaycan və İngilis dili bilikləri, Rus dilini bilənlərə üstünlük verilir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 06 may 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№243/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et