Biznes kreditləri üzrə mütəxəssis (Bakı şəhəri) | Banco.az
Expressbank

Biznes kreditləri üzrə mütəxəssis (Bakı şəhəri)

Vakansiya haqqında məlumat: 

Tələblər: 

  •  İqtisadi təhsil; 
  •  Biznes kreditləri ilə iş sahəsində müvafiq təcrübə; 
  •  Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı; 
  •  Analitik düşüncə; 
  •  Əla ünsiyyət qurma və komandada işləmək bacarığı; 
  •  Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir. 

Vəzifə öhdəlikləri: 

  •  Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq; 
  •  Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
  •  Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək; 
  •  Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək; 
  •  Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq. 

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et