Bazar Risklərinin İdarə Olunması üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Bazar Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Vəzifənin məqsədi

Bazar risklərinin idarə edilməsi funksiyasının bütün aspektlərinin həyata keçirilməsinə, o cümlədən risklərin aşkar edilməsi, qiymətləndirilməsi, ölçülməsi, monitorinqi və hesabat verilməsini təmin etmək üçün sistemlərin qurulmasına cavabdehlik.

 

Vəzifə öhdəlikləri

• Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün hedcinq strategiyalarının metodoloji qiymətləndirilməsi, təsdiqi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak
• Bazar riskinin təhlili və idarə edilməsi
• Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət
• Əsas bazar riski funksiyaları üçün erkən xəbərdarlıq meyarlarının və prosedurların müəyyənləşdirilməsində iştirak
• Əsas bazar göstəriciləri üzrə proqnozların hazırlanması
• Riskə məruz qalma dərəcəsinin azaldılması/ portfelin keyfiyyətinin təkmilləşdirilməsi üçün tədbirlər planının digər struktur bölmələr ilə birlikdə hazırlanması
• Riskə məruz dəyər (Value at Risk) kimi risk metriklərinin hesablanması
• Stress testlər / özünü qiymətləndirmə metodologiyalarının hazırlanması və tətbiqi
• Bank üzrə bazar risklərinin müəyyənləşdirilməsi və nəzarət mühitinin monitorinqində istifadə məqsədilə biznes vahidi üçün məxsusi göstəricilərin hazırlanması
• Bazar riski siyasəti və prosedurlarının müvafiq struktur bölmələrə kommunikasiya edilməsi

 

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi 
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Yaxşı analitik bacarıqlar
• Komanda ruhu
• Güclü məsuliyyət hissi
• Dinamik və innovativ bir şəxs
• Bank qanunvericiliyi və Normativ sənədlər barədə ilkin biliklər
• Bazel komitəsinin normativləri barədə ilkin biliklər

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Bazar Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç