Paşa Bank | Banco.az

Paşa Bank

 

“PAŞA” şirkətlər qrupuna daxil olan “PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında təşkil edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. 18 iyun 2007-ci il tarixdə Hüquqi şəxsin Dövlət Qeydiyyatı Haqqında 1107-AZ-455 saylı Şəhadətnamə ilə qeydiyyata alınmış, 23 avqust 2007-ci il №0097421 saylı Şəhadətnamə ilə Uçot vahidlərinin Dövlət Reyestrinə qəbul edilmişdir.

Bankın rəsmi auditoru Ernst & Young, vergi məsələləri üzrə məsləhətçisi Deloitte & Touche beynəlxalq audit şirkətləridir.

"PAŞA Bank" ASC Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Banklararası Valyuta Birjasının (Şəhadətnamə №FX-96, 27 iyun 2008-ci il), Azərbaycandakı Amerika Ticarət Palatası, AR Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İpoteka Fondunun üzvüdür.

Bank AZİPS, XÖHKS yerli ödəniş sistemlərinə və SWIFT beynəlxalq ödəniş sisteminə qoşulmuşdur.

“PAŞA Bank” ASC bir sıra maliyyə institutları və kredit təşkilatları ilə geniş müxbir münasibətlər qurmuşdur.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-5 özəl bankları siyahısına daxildir. 1 oktyabr 2015-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 336 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 1 564 milyon AZN*-dən çox olmuşdur. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz. Bankın səhmdarları iki hüquqi şəxs: PASHA Holding Ltd. (60%), Ador Ltd. (30%) və bir fiziki şəxs: Cənab Arif Pashayevdir (10%). Bankın İdarə etmə strukturu aşağıdakı şəkildə təşkil olunmuşdur: Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi, İdarə Heyəti və Daxili Komitələr.

Hal-hazırda Bankın baş ofisi və üç xidmət məntəqəsi fəaliyyət göstərir, əlavə olaraq Bankın Gürcüstan Respublikasında bir nümayəndəliyi və bir kommersiya bankı var. PAŞA Bank bu gün dünyanın 14 dilində danışan 400 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. 

Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ekspert cəmiyyətinin yüksək qiymətlərinə nail olmuşuq. Standard & Poor's və Fitch Ratings PAŞA Banka uzunmüddətli 'BB-' və qısamüddətli 'B' kredit reytinqini vermişdirlər. 

Bankın xarici valyuta üzrə qısamüddətli EDR-i "B" səviyyəsində, davamlılıq reytinqi - "b+" səviyyəsində, dəstəkləmə reytinqi - "5" səviyyəsində, uzunmüddətli EDR dəstəkləmə səviyyəsi "dəstəkləmə səviyyəsi mövcud deyil" kimi təsdiqlənmişdir.

Xatırladaq ki, reytinq agentliyi "PAŞA Bank"a reytinqini 2012-ci ilin sentyabr ayında vermişdir. Həmin tarixdə Banka "Standard & Poor's" beynəlxalq reytinq agentliyi də öz reytinqini vermişdir: uzunmüddətli 'BB-' və qısamüddətli 'B', reytinqin dəyişmə proqnozu - "stabil" göstərilmişdir. Bu göstərici, ölkədə 100% yerli kapitala malik olan bütün özəl banklar arasında ən yüksək və Azərbaycanın bütün özəl bankları arasında isə ikinci ən yaxşı reytinqdir.

“PAŞA Bank” ASC-nin buraxdığı səhmlər barədə məlumat:

Növü: adi səhmlər
Forması: sənədsiz adlı qiymətli kağızlar
Nominal dəyəri: 33 300 AZN
Miqdarı: 10 000 ədəd
Qeydiyyat nömrəsi: AZ1011006629

Adi səhm sahibinin hüquqları:

1. Bankın idarə edilməsində qanunvericiliklə və Bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
2. Qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
3. Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
4. Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
5. Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
6. Bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
7. Bankın xalis mənfəətindən dividend almaq;
8. Bankın fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
9. Qanunvericilikdə və Bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Daha çox
Ünvan Yusif Məmmədəliyev küç. 15 Bakı, AZ1005, Azərbaycan
Telefon (012) 496 50 00
Filialı 6
Bankomatlar 8
Sayt www.pashabank.az
E-poçt office@pashabank.az
CEO Taleh Kazımov
Rekvizitlər

Tam adı – “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı - “PAŞA Bank” ASC
Poçt ünvanı - AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 15, Bakı şəhəri, Azərbaycan

Tel:  (+994 12) 496 50 00
Fax: (+994 12) 496 50 10

Bankın rekvizitləri:
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab №:
AZ82NABZ01350100000000071944 (AZN)
AZ04NABZ01350200000000071840 (USD)
AZ30NABZ01350200000000071954 (EUR)
SWIFT BIK: PAHAAZ22

Müəllif: Samir Abdullayev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç